Misli Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Şamaxı"nı qəbul edib.
"Palms Sports Arena"dakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0.
"Ağ-qaralar"ın qollarını 1-ci dəqiqədə Emin Mahmudov, 47-ci dəqiqədə İmad Faraj, 83-cü dəqiqədə Breno Almeyda vurublar.
Dördüncü pillədə qərarlaşan "Neftçi" bu nəticədən sonra xallarının sayını 53-ə çatdırıb. "Şamaxı" 35 xalla səkkizincidir.
Günün ilk oyununda "Turan Tovuz" "Karvan-Yevlax"ı üstələyib - 1:0.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Kəpəz" "Sabah"ı (1:0), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. "Qəbələ" - "Qarabağ" matçında 1:1 hesabı qeydə alınıb. "İmişli" - "Zirə" görüşü isə qolsuz bərabərliklə başa çatıb.
Misli Premyer Liqasının XXXI turunda "Turan Tovuz " "Karvan-Yevlax"ı məğlub edib.
Oxu.Az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan maç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolu 45+1-ci dəqiqədə Ayxan Hüseynov vurub.
59 xalla üçüncü sırada yer alan "Turan Tovuz" avrokuboklara vəsiqəni təmin edib. Sona 2 tur qalmış qərb təmsilçisinin ikincilik şansları davam edir. 14 xala malik "Karvan-Yevlax"ın isə Premyer Liqanı tərk edəcəyi dəqiqləşib.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Kəpəz" "Sabah"ı (1:0), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. "Qəbələ" -"Qarabağ" matçında 1:1 hesabı qeydə alınıb. "İmişli" - "Zirə" görüşü isə qolsuz bərabərliklə başa çatıb.
Bu gün Misli Premyer Liqasında 31-ci tura iki oyunla yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, günün ilk matçında avrokuboklara vəsiqəni rəsmiləşdirməyin bir addımlığında olan "Turan Tovuz"la autsayder "Karvan-Yevlax" üz-üzə gələcəklər.
Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşma saat 17:00-da başlayacaq.
Tura "Neftçi" - "Şamaxı" görüşü ilə yekun vurulacaq. Oyun "Palms Sports Arena"da, saat 19:30-da start götürəcək.
"Turan Tovuz" 56 xalla üçüncü, "Neftçi" isə 50 xalla dördüncü sırada yer alıb. 35 xala malik "Şamaxı" səkkizinci sırada qərarlaşıb. "Karvan-Yevlax" isə 14 xalla sonuncu pillədədir.
Misli Premyer Liqası
XXXI tur, III dövrə
10 may
17:00. "Turan Tovuz" - "Karvan-Yevlax"
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov;
VAR: Elçin Məsiyev;
AVAR: Namik Hüseynov;
Hakim-inspektor: Əmrah İbrahimov;
Tovuz şəhər stadionu.
19:30. "Neftçi" - "Şamaxı"
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov;
VAR: Rəşad Əhmədov;
AVAR: Müslüm Əliyev;
Hakim-inspektor: Asim Xudiyev;
"Palms Sports Arena".
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Kəpəz" "Sabah"ı (1:0), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. "Qəbələ" -"Qarabağ" matçında 1:1 hesabı qeydə alınıb. "İmişli" - "Zirə" görüşü isə qolsuz bərabərliklə başa çatıb.