Misli Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, günün ilk matçında son çempion "Sabah" "Araz-Naxçıvan"ın qonağı olub.
Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə başa çatıb - 0:1.
Matçda yeganə qolu 49-cu dəqiqədə Patrik Orfe Mbina vurub.
Rəqiblərindən bir oyun az keçirən "Sabah" 6 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Araz-Naxçıvan" isə 1 xalla 11-ci yerdədir.
Günün ikinci görüşündə "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq.
Turun daha əvvəl keçirilən matçlarında "İmişli" "Şəfa"nı (1:0), "Kəpəz" "Turan Tovuz"u (1:0), "Zirə" "Neftçi"ni (1:0) məğlub edib. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz başa çatıb.