Futbol üzrə Azərbaycan Premyer Liqasında 32-ci turun daha 2 oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, "Qarabağ" doğma meydanda "İmişli"yə 3:0, "Şamaxı" isə "Turan Tovuz"a 3:2 hesabı ilə qalib gəlib.
Bu nəticələrdən sonra Ağdam klubu 66 xalla 2-ci, Tovuz təmsilçisi 59 xalla 3-cü, Şamaxının eyniadlı komandası 38 xalla 8-ci, İmişli kollektivi isə 33 xalla 9-cu pillədə qərarlaşıblar.
Bununla da növbəti mövsümdə "Qarabağ"ın UEFA Avropa Liqasında, "Turan Tovuz"un isə Konfrans Liqasında çıxış edəcəyi dəqiqləşib.
Qeyd edək ki, 32-ci turun əvvəlki oyunlarında "Qəbələ" "Karvan-Yevlax"a 2:1, "Araz-Naxçıvan" isə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. Tura mayın 17-də yekun vurulacaq.
Misli Premyer Liqasının XXXII turunda bu gün daha iki görüş keçiriləcək.
Oxu.Az xəbər verir ki, "Turan Tovuz" səfərdə "Şamaxı"nın, "İmişli" isə "Qarabağ"ın qonağı olacaq.
Şamaxı şəhər stadionunda baş tutacaq ilk görüşü Rəvan Həmzəzadə idarə edəcək, "Qarabağ" isə Tofiq Bəhramov adına Respublika stadionunda "İmişli"ni qəbul edəcək.
Qeyd edək ki, "Qarabağ" 63 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb, 33 xala malik "İmişli" doqquzuncudur. Tovuz təmsilçisi isə hazırda 59 xalla 3-cü pillədə yer alıb, 8-ci yerdə olan "Şamaxı"nın 35 xalı var.
Hər iki oyun saat 17:00-da start götürəcək.