Bu gün, sentyabrın 25-də, qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində “A” qrupunda yer alan Azərbaycan komandası üçüncü görüşünü keçirir.
Oxu.Az-ın məlumatına görə, qadın voleybolçularımız qrupun son oyununda Almaniya kollektivini sınağa çəkir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununu canlı izləyir.
Qeyd edək ki, hazırda Azərbaycan milli komandası altı xalla qrupa başçılıq edir. Polşa beş xalla ikinci, Almaniya isə dörd xalla üçüncüdür.
Bu oyunun nəticəsindən asılı olaraq “A” qrupundan 1/4 finala birbaşa yüksələn komanda müəyyənləşəcək.
S.B.
www.oxu.az