Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

PSJ heç-heçə etsə də, liderliyini qorudu - VİDEO
Futbol üzrə Fransa çempionatında XIX tur qarşılaşmasında PSJ doğma meydanda “Brest”i qəbul edib.
Oxu.Az xəbər verir ki, görüşdə qalib müəyyənləşməyib.
Görüşdə hesabı 38-ci dəqiqədə M.Asensio açıb. 45-ci dəqiqədə K.Muani hesab arasındakı fərqi artırıb. Qonaqlar 55-ci dəqiqədə qollardan birinin əvəzini çıxıblar (M.Kamara). 80-ci dəqiqədə hesaba tarazlıq gəlib (M.Pereira).
Əsas vaxta əlavə edilmiş dördüncü dəqiqədə PSJ azlıqda qalıb. M.Barkola qırmızı vərəqə alaraq meydandan qovulub.
Heç-heçəyə baxmayaraq, 44 xalı olan PSJ birinci pillədə qərarlaşıb. Xallarının sayını 35-ə çatdıran “Brest” isə üçüncü pillənin sahibidir.
"Fransa" teqi üzrə xəbərlər
- Tramp Makronu alçaltmaqda ittiham edilir
- Fransalı siyasətçidən ÇAĞIRIŞ: Təcili şəkildə növbədənkənar seçki keçiriləcək?
- Trampdan Makronun narahatedici jestinə reaksiya
- Rəsmi Bakı Fransanın Ermənistandakı səfirinin anti-Azərbaycan iddialarına cavab verib
- Fransada Rusiya Baş Konsulluğunun yanında PARTLAYIŞ TÖRƏDİLDİ