PSJ UEFA Superkubokunun qalibi olub.
Oxu.Az xəbər verir ki, Paris təmsilçisi həlledici qarşılaşmada İngiltərənin "Aston Villa" komandasına qalib gəlib - 2:1.
Qalib komandanın heyətində Xviça Kvaratsxeliya (20-ci dəqiqə) və Dezire Due (61-ci dəqiqə) fərqləniblər.
"Aston Villa"nın yeganə qolunu isə 45-ci dəqiqədə Brayan Maco vurub.
Qeyd edək ki, PSJ UEFA Çempionlar Liqasının, "Aston Villa" isə UEFA Avropa Liqasının qalibi kimi Superkubokun final matçında oynamaq hüququ qazanıb.
Qaynar xətt:
(055) 224 12 12