“Gaming League Azerbaijan”ın təşkilatçılığı ilə keçirilən “PUBG Mobile Azərbaycan Birinciliyi” uğrunda çempionatın beş turu arxada qalıb.
Turnirin üçüncü günü 32 komandanın qarşılaşması “EXPECTED” cütlüyünün 19 “kills” və 60 xal ilə birinciliyə yüksəlməsilə nəticələnib. “DIFAI BLUE” cütlüyü isə rəqiblərini 15 “kills” və 45 xalla ötərək ikinci yerdə qərarlaşıb.
Dördüncü yarış gününün qalibi 8 “kills” və 43 xalla “Lost” komandası olub. İkinci pillədə qərarlaşan “TiM” kollektivi 13 “kills” və 42 xalla rəqiblərindən fərqlənib.
Turnirin dördüncü günü fərqlənən oyunçu “nosiPOINE” niki ilə “No Sympathy 2” komandasının oyunçusu Fəqan Abdullayev olub. O, üç xəritədə 12 “kill” ilə günün birincisi olub.
5 sentyabr tarixində baş tutan beşinci qarşılaşma günü 25 “kills” və 52 xalla “Exellent” cütlüyü birinci yerdə məskunlaşarkən, “XANspy” komandası 15 “kills” və 42 xalla ikinciliyi əldə edib.
Ümumilikdə 512 komandanın mübarizə apardığı bu turnirdə iştirakçılar hər birində 32 komandanın yer aldığı 16 qrupa bölünüb və bu komandalar öz qruplarında üç müxtəlif xəritədə güclərini sınayırlar.
“PUBG Mobile Azərbaycan Birinciliyi” uğrunda yarışda hər qrupda ilk iki yeri tutan cütlüklər böyük finala vəsiqə qazanacaqlar. Sentyabrın 21-də baş tutacaq final mübarizəsində isə ilk beş yeri tutan komandaların üzvlərinə “MyShops.az” tərəfindən 10 ədəd müxtəlif markalı telefonlar hədiyyə ediləcək.
“Gaming League Azerbaijan”ın (GLA) təşkilatçılığı ilə keçirilən turnirin tərəfdaşları Müdafiə Sənayesi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Kiber İdman Federasiyası və “MyShops.az” onlayn alış-veriş saytıdır.
Azərbaycanda 2019-cu ildə yaranmış, kiber idman turnirləri təşkil edən “Gaming League Azerbaijan” (GLA) bugünədək 10-dan (14) çox kiber idman çempionatı həyata keçirib. Kiber idman mədəniyyətini inkişaf etdirmək məqsədi ilə yaradılan bu şirkətin prioritet məqsədləri arasında Azərbaycanda kiber idman üzrə oyunların beynəlxalq səviyyəyə qədər inkişaf edilməsi və ölkəmizdə həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün lazımi şəraitin yaradılması daxildir.
“PUBG Mobile” həvəskarlarına bu turniri yaxından izləməyi tövsiyə edirik. Bu çempionat çox maraqlı və çox fərqli olacaq.
“YouTube”: GLA Hub
“Instagram”: glahub
“Facebook”: glahub