Rusiya prezidenti Vladimir Putin Həbib Nurməhəmmədova zəng edərək onu Konor Makqreqor üzərində qazandığı qələbə münasibəti ilə təbrik edib.
Oxu.Az xəbər verir ki, bu barədə döyüşdən sonra keçirilən mətbuat konfransında rusiyalı döyüşçü özü bildirib.
Döyüş bu gün səhər ssatlarında Las Veqasda baş tutub. Qarşılaşmadan sonra rusiyalı idmançının hərəkətləri davaya gətirib çıxarıb.
Bundan sonra UFC prezidenti Deyna Uayt bildirib ki, Həbib Nurməhəmmədov diskvalifikasiya oluna bilər. Onun təcridinin müddəti çox olacağı təqdirdə isə, rusiyalı çempionluq titulundan məhrum olma təhlükəsi ilə üz-üzə qalacaq.
Rəylər