Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Qalatasaray" - "Adana Dəmirspor" matçının VAR hakimi Superliqadan uzaqlaşdırıldı
Türkiyə Superliqasının XXIII turundakı "Qalatasaray" - "Adana Dəmirspor" oyununun VAR hakimi Yakob Sundberq artıq çempionat oyunlarına təyinat almayacaq.
Oxu.Az "Sabah" nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) qərar çıxarıb.
TFF danimarkalı referiyə bir daha etimad göstərməyəcəklərini bildirib.
Qeyd edək ki, "Adana Dəmirspor" ilk hissədə oyunu yarımçıq tərk edib. Klub meydan sahiblərinin lehinə verilən penaltiyə görə bu addımı atıb.
"Qalatasaray FK" teqi üzrə xəbərlər
- Türkiyə Supeliqası: Osimhen het-triklə "Qalatasaray"ın qələbəsini təmin etdi
- Türkiyə Kuboku: "Fənərbağça" - "Qalatasaray" matçının keçiriləcəyi tarix və saat BƏLLİ OLDU
- Türkiyə Superliqası: "Qalatasaray" klubu "Antalyaspor"u qəbul edəcək
- "Bavariya" klubundan gözlənilməz addım - Neymarla danışıqlara başlanıb
- Joze Mourinyo "Qalatasaray" futbolçularını axmaq adlandırdı
Ən çox oxunanlar