"Bayer Leverkuzen"də çıxış edən Qranit Cakanı transfer etmək istəyən Türkiyənin "Qalatasaray" klubu futbolçunun menecerini İstanbula dəvət edib.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, tərəflər müqavilə şərtlərini müzakirə edəcəklər.
Hər iki tərəf müqavilə şərtlərini razılaşdıra bilsə, futbolçu minimum bir il "Qalatasaray"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Cakanın hazırkı dəyəri 17 milyon avrodur.