"Qalatasaray" futbol klubu Türkiyə millisinin hücumçusu Deniz Daniel Gülü "Portu"dan transfer edib.
Oxu.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, transferin məbləği 10 milyon avro təşkil edib. 22 yaşlı futbolçunun yeni klubunda illik maaşı 1.5 milyon avro olacaq.
Hücumçu ilə bağlanan müqavilənin müddəti beş ildir.
Qeyd edək ki, Deniz Gül 2024-cü ildən "Portu"da çıxış edir. O, ötən mövsüm Portuqaliya klubunun heyətində bütün turnirlər üzrə 44 oyuna çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə edib. Deniz Gülün "Portu" ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.