Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Qalatasaray” ukraynalı hücumçulara göz dikib
Türkiyənin “Qalatasaray” futbol klubu Belçika “Gent”ının forvardı Roman Yaremçuku və Kiyev “Dinamo”sunun vingeri Viktor Tsıqankovu almaq niyyətindədir.
“Fotomac” xəbər verir ki, Türkiyə klubunun skautları Yaremçukun oyununu Ukrayna-Serbiya matçında seyr ediblər.
2:2 hesabı ilə bitən qarşılaşmada hücumçu qolların birinin müəllifi olub.
Qeyd edək ki, “Qalatasaray” Yaremçukla əvvəl də maraqlanıb. Ukraynalı cari mövsümdə klubunun və çillinin heyətində 25 oyun keçirib və 17 qol vurub.
“Qalatasaray”ın baş məşqçisi Fatih Terim digər ukraynalı Viktor Tsıqankov ilə də maraqlanır. Yaxın vaxtlarda məşqçinin 22 yaşlı hücumçu barədə qərar verəcəyi gözlənilir.
"Qalatasaray" teqi üzrə xəbərlər
- Türkiyə Superliqası: "Qalatasaray"a qələbə üçün bir qol bəs etdi
- "Qalatasaray" yanvar ayında heyətini fransalı hücumçu ilə gücləndirəcək
- "Qalatasaray" İngiltərə Premyer Liqasının ulduzları üçün danışıqlara başlayıb
- Viktor Osimhenin yeni klubu bəlli oldu - "Qalatasaray"dan gedir
- "Qalatasaray"la yolları ayırmaq istəyən Hakim Ziyeşin yeni klubu bəlli oldu
Rəylər