Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Qarabağ" 24 il əvvəlki rekordu təkrarlayıb
Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə 7-ci böyükhesablı qələbəsini qazanan "Qarabağ" Sumqayıt "Xəzər"inin rekordunu təkrarlayıb.
Oxu.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda keçirdiyi 13 görüşün yarıdan çoxunda 3 və ya daha çox top fərqi ilə qalib gəlib.
Ağdam klubu bununla da ölkə çempionatları tarixinin rekordunu təkrarlayıb. Bunadək dörd dəfə iştirakçılardan biri ilk 13 turda 7 dəfə rəqiblərini ağır məğlubiyyətə uğradıb.
Buna nail olan ilk komanda Sumqayıtın "Xəzər" klubu olub. O, 1992-ci ildə belə uğur qazanıb. "Kəpəz" 1994/95, "Neftçi" isə iki dəfə - 1996/97 və 2000/01 mövsümlərində 13 turda 7 dəfə böyük hesabla qalib gəlib. "Qarabağ" son 24 ildə buna nail olan ilk komandadır.
Qeyd edək ki, Ağdam təmsilçisi cari mövsümdə "Araz-Naxçıvan"ı 4:1, "Kəpəz"i 3:0 və 5:0, "Neftçi"ni 4:0, "Şamaxı"nı 3:0, "Zirə"ni 4:0, "Səbail"i 3:0 hesabı ilə məğlub edib.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- Dünya klublarının reytinq siyahısında bizimkilər neçəncidirlər?
- "Qarabağ" klubunun qolkiperi Polşada ən yaxşılar siyahısında neçənci olub?
- Adil Şükürov 2024-cü ili Azərbaycan futbolu üçün uğursuz adlandırıb
- "Qarabağ"ın oyunlarının yeri dəyişdirilib
- Nəriman Axundzadə 2024-cü ilin ən yaxşı futbolçularının siyahısında
Rəylər