"Qarabağ" klubunun futbolçusu Bəhlul Mustafazadə zədəsini sağaldıb.
Oxu.Az xəbər verir ki, futbolçu artıq fərdi məşqlərə başlayıb.
Xatırladaq ki, müdafiəçi UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Nyukasl"a qarşı keçirilən matçda zədə almışdı.
Sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranan problemlə əlaqədar olaraq oyunçu bir müddət əvvəl cərrahi müdaxiləyə məruz qalmışdı.
**
Qaynar xətt:
(055) 224 12 12