Bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhləsinin ilk oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycanın “Qarabağ” klubu Tofiq Bəhramov adına stadiounda Lüksemburqun “Düdelanj” komandasını qəbul edib. Matç Ağdam təmsilçilərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda hər iki qolu Riçard Almeyda vurub. Braziliyalı futbolçu 10 və 27-ci dəqiqələrdə fərqlənib.
Cavab qarşılaşması bir həftə sonra, iyulun 20-də, Lüksemburqda keçiriləcək.