Ağdam şəhərinə yola salınan növbəti köç karvanı şəhərə çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.
Bu mərhələdə Ağdama 117 ailə olmaqla, 362 nəfər köçürülüb.
Sakinlərə evlərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Ağdam şəhərinə növbəti köç karvanı Bakıdan yola düşüb.
Oxu.Az xəbər verir ki, bu mərhələdə şəhərə 117 ailə olmaqla, 362 nəfər köçürülür.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Oxu.Az xəbər verir ki, sentyabrın 1-də Ağdam şəhərinə növbəti köç həyata keçiriləcək.
Belə ki, Bakıdan yola düşəcək növbəti köç karvanı ilə Ağdam şəhərinə 117 ailə olmaqla, 362 nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.