Çempionlar Liqasının III təsnifat mərhələsinə start verilib.
Oxu.Az-ın məlumatına görə, Azərbaycanın “Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika Stadionunda Moldovanın “Şerif” komandasını qəbul edib.
Qurban Qurbanovun yetirmələri bütün oyun boyu rəqibindən üstün olsalar da, qol vura bilməyiblər. Son anda ya “Şerif”in qapıçısı yaxşı oynayırdı, ya da futbolçularımız dəqiq olmurdular.
Nəticədə matç qolsuz bərabərliklə yekunlaşıb - 0:0.
Cavab qarşılaşması avqustun 1-də Moldovada keçiriləcək.
S.B.
www.oxu.az