"Qarabağ" UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksəlib.
Oxu.Az bildirir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın "Dinamo" (Kiyev) kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
12-ci dəqiqədə Jali Muaddib hesabı açıb. 69-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib.
Beləliklə, Polşadakı ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzan "Qarabağ" iki oyunun nəticəsinə görə pley-offa yüksəlib.
"Köhlən atlar" bu raundda "Tvente" (Niderland) - DAK 1904 (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
"Qarabağ" - "Dinamo Kiyev" oyununda ikinci qol vurulub.
Oxu.Az xəbər verir ki, 69-cu dəqiqədə Aleksey Kaşuk hesabı 2:0 edib.
Oyunda hesab açılıb.
Oxu.Az xəbər verir ki, 12-ci dəqiqədə Jali Muaddib ağdamlıları hesabda irəli çıxarıb.
"Qarabağ" futbol klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxır.
Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Ukrayna təmsilçisi "Dinamo Kiyev"i qəbul edir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç başlayıb.
Daha çox foto burada: PhotoStock.az
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələcək Azərbaycanın "Qarabağ" və Ukraynanın "Dinamo" (Kiyev) komandalarının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da start götürəcək matçda komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Qarabağ": 23. Martin Zlomisliç, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov, 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 20. Kadi Borges.
Baş məşqçi: Qurban Qurbanov.
"Dinamo": 71. Vyaçeslav Surkis, 5. Aleksey Siç, 40. Kristian Bilovar, 44. Vladislav Dubinçak, 32. Taras Mixavko, 6. Vladimir Brajko, 21. Castin Lonveyk, 15. Valentin Rubçinski, 39. Eduardo Gerreyro, 70. Boqdan Reduşko, 11. Matvey Ponomaryonko.
Baş məşqçi: İqor Kostyuk.
Qeyd edək ki, komandalar arasında Polşanın Lublin şəhərində keçirilmiş ilk oyunda "Qarabağ" "Dinamo"ya 0:1 hesabı ilə uduzub. Bu cütün qalibi pley-off mərhələsində "Tvente" (Niderland) - "Dunayska Streda" (Slovakiya) duelinin güclüsü ilə qarşılaşacaq. Niderland klubu ilk görüşdə rəqibini darmadağın edib - 6:0.
Bu gün "Qarabağ" futbol klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Ukrayna təmsilçisi "Dinamo Kiyev"lə qarşılaşacaq.
Görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Stüart Attvell matçın baş hakimi olacaq. Ona İan Hussin və Nik Qrinhalq kömək edəcəklər.
Lyuis Smit dördüncü hakim, Piter Benks VAR, Ceyms Bell isə AVAR funksiyasını yerinə yetirəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da start götürəcək.
Qeyd edək ki, Ağdam təmsilçisi UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın "ÇSKA Sofiya" klubuna penaltilər seriyasında (4:5) uduzaraq mübarizəni Konfrans Liqasında davam etdirmək hüququ qazanıb. "Köhlən atlar" pley-off mərhələsinə vəsiqə qazanacaqları təqdirdə "Tvente" (Niderland) - DAC 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, komandalar arasında Ukraynada keçirilən ilk oyun "Dinamo Kiyev"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.