Bu axşam UEFA Konfrans Liqasında III mərhələnin cavab oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, təmsilçimiz "Qarabağ" bu mərhələdə Ukraynanın "Dinamo Kiyev" klubunu qəbul edəcək.
İzləyicilər "Qarabağ" - "Dinamo Kiyev" oyununu 20:00-dan etibarən "CBC Sport"da izləyə biləcəklər.
Qeyd edək ki, komandalar arasında ilk qarşılaşma Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, "köhlən atlar" iki oyunun nəticəsinə əsasən "Dinamo Kiyev"i üstələyəcəyi təqdirdə UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente" (Niderland) - "DAC 1904" (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.