"Qarabağ" komandasının futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Çelsi" komandası ölkə çempionatında növbəti görüşünü keçirib.
Oxu.Az-ın "Report"a istinadən məlumatına görə, "Çelsi" Premyer Liqada ev oyununda "Arsenal"ı qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb: 0:0.
Beş oyundan sonra aktivində 10 xal olan “Çelsi” turnir cədvəlində üçüncü yerdədir.
N.O.