Bu gün, sentyabrın 19-da, futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçirilib.
Günün ilk oyununda uzun müddət aradan sonra yenidən doğma meydanda azarkeşləri ilə görüşən “Qəbələ” AZAL-ı sınağa çəkib.
Roman Qriqorçukun yetirmələri qonaqların qapısından üç cavabsız top keçirib. “Qəbələ”nin heyətində Filip Ozobiç, Ruslan Qurbanov və Roman Hüseynov müvafiq olaraq 31, 56 və 65-ci dəqiqələrdə fərqləniblər.
Turun son matçında isə “Qarabağ” “Zirə” ilə qarşılaşıb. “Əlincə Arena”da keçirilən matç Ağdam təmsilçilərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qarabağ”ın heyətində Rahid Əmirquliyev dubla imza atıb ( 21 və 40-cı dəq.).
Turnir cədvəli:
| № | Komanda | Xal | Oyun |
| 1. | Qarabağ | 12 | 5 |
| 2. | İnter | 11 | 5 |
| 3. | Qəbələ | 10 | 4 |
| 4. | Kəpəz | 6 | 5 |
| 5. | Zirə | 6 | 5 |
| 6. | Sumqayıt | 4 | 4 |
| 7. | Neftçi | 3 | 5 |
| 8. | AZAL | 1 | 5 |
S.B.
www.oxu.az