Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Qarabağ”ın hücumçusu İkardi, Qrizmann və Vlahoviçi qabaqladı - ARAŞDIRMA
“Qarabağ”ın futbolçusu Olavio Juninyo 2023/2024 mövsümündə milli çempionatlarda vurulan qol sayına görə dünyanın ən məhsuldar 60 bombardiri sırasına düşüb.
“Report”un araşdırmasına görə, braziliyalı hücumçu Azərbaycan Premyer Liqasında vurduğu 13 qolla bunu reallaşdırıb.
27 yaşlı forvard hazırda planetin ən məhsuldar oyunçuları arasında 42-58-ci pillələri bölüşdürür. Onunla eyni göstəriciyə malik olanlardan biri də İspaniyanın “Atletiko” klubunda çıxış edən Alvaro Moratadır.
Maraqlıdır ki, Son Hin Min (“Tottenhem”, İngiltərə - 12 qol), Mauro İkardi (“Qalatasaray”, Türkiyə - 12), Antuan Qrizmann (“Atletiko”, İspaniya – 11), Duşan Vlahoviç (“Yuventus”, İtaliya – 11), Olivye Jiru (“Milan”, İtaliya – 10) kimi ulduz futbolçular Juninyodan geri qalırlar.
Cari mövsümün ən məhsuldar oyunçuları Almaniyanın “Bavariya” klubunun hücumçusu Harri Keyn və Kambocanın “Svay Rinq” klubunda çıxış edən Markus Haberdir. Hər iki forvardın hesabında 22 qol var. Onları 20 qolla Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında oynayan Kriştianu Ronaldu izləyir.
Qeyd edək ki, Olavio Juninyo bu mövsüm bütün turnirlər daxil olmaqla “Qarabağ”ın heyətində 31 oyunda 16 qol vurub.
"Almaniya" teqi üzrə xəbərlər
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- Almaniya: Kasıb gəncləri olan varlı ölkə
- Qərbi Azərbaycan İcması Almaniyanın ictimai radiosunun Azərbaycanla bağlı böhtanını qınayıb
- İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı
- Almaniyalı diplomat İslamabadda ölü tapıldı
Rəylər