UEFA cari mövsüm Avropa Liqasında vurulan gözəl qolları təqdim edib.
Qollar arasında “Qarabağ”ın qanalı hücumçusu Ovusu Kvabenanın İspaniyanın “Villareal” komandasına vurduğu qol da var. O, 78-ci dəqiqədə Kabo Verdedən olan Patrik Andradenin gözəl ötürməsi ilə fərqlənib.
Qeyd edək ki, İstanbulda keçirilən həmin görüşdə nominal hesabı meydan sahibi “Qarabağ” açsa da, sonradan İspaniya komandası daha üç qol vuraraq 3:1 qalib gəlib.
Səbuhi Musayev