İtaliya “A seriya”sında IV turun matçlarına start verilib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Avro Liqanın qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “İnter” öz meydanında “Atalanta”nı qəbul edib və 2-0 hesablı qələbə qazanıb.
Matçın 40-cı dəqiqəsində Pablo Osvaldo mükəmməl qol vuraraq “İnter”i hesabda önə keçirib. 87-ci dəqiqədə isə Hernanes komandasının ikinci və qələbə qolunun müəllifi olub.
“Qarabağ”ın rəqibindən inamlı qələbə - VİDEO