Azərbaycan ilk dəfə “Miss Model of The World” gözəllik müsabiqəsində iştirak edəcək.
Bu haqda Oxu.Az-a məlumatı tanınmış təşkilatçı Aqil Məmiyev verib:
“Ölkəmiz bu il ilk dəfə olaraq “Miss Model of The World” dünya gözəllik yarışmasına təmsilçi göndərəcək. Vaxt azlığından biz Azərbaycanda final mərhələsini keçirməyəcəyik. Kastinq yolu ilə seçilən gözəllərimiz təşkilat komitəsinin rəyinə əsasən ölkəmizi mötəbər yarışda təmsil edəcək. Seçilən iştirakçılar arasında boy, bədən ölçüləri, xarici dil biliyi, gözəllik və s. detallara üstünlük veriləcək”.
Qeyd edək ki, yarışmanın İnternational direktoru “World Beauty Congrens”in prezidenti Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı isə Aqil Məmiyevdir.
Nəzərinizə çatdıraq ki, müsabiqə 1988-ci ildən bəri hər il dünyanın nüfuzlu ölkələrində keçirilir. Bu il final noyabrda Honk Konq-da keçiriləcək.
Aytən Sadıqzadə