"Xoşbəxtəm ki, bu cür yarışa bizi də dəvət ediblər."
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanın 8-ci dəfə ev sahibliyi etdiyi "Formula-1" üzrə Azərbaycan Qran-prisində tamaşaçı kimi iştirak edən Vətən müharibəsi qazisi Rüstəm Ələkbərov jurnalistlərə açıqlamasında deyib.
O, təşkilatçılardan razı qaldığını bildirib:
"Dəvətə görə hər kəsə minnətdaram. Gözəl yarışın şahidi oluruq. Yerli və xarici insanlar bizi sevgi ilə qarşılayırlar. Bu, bizi çox xoşbəxt edir. Allah Vətən uğrunda canından keçən şəhidlərə rəhmət eləsin".
Qeyd edək ki, "Formula-1" Azərbaycan Qran-prisinə bu gün yekun vurulacaq.