Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Vətən müharibəsi qazisi: "Formula-1" yarışını tribunadan izləmək çox xoşdur"
"Fəxr edirəm ki, ölkəmizdə bu cür beynəlxalq səviyyəli yarış keçirilir".
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanın 8-ci dəfə ev sahibliyi etdiyi "Formula-1" üzrə Azərbaycan Qran-prisində tamaşaçı kimi iştirak edən Vətən müharibəsi qazisi Rafiq Rəhimov jurnalistlərə açıqlamasında deyib.
O, duyğularını sözlə ifadə etməyin çətin olduğunu bildirib:
"Burada olmaq və dünyanın bir nömrəli avtomobil yarışını izləmək çox xoşdur. Bizim üçün ideal şərait yaradılıb. Mən Suraxanı rayonundan "Formula-1" üçün gəlmişəm. Həmin ərazidən şəhid ailələri və qazilər üçün xüsusi maşınlar ayrılıb. Hazırda olduğumuz məkandan da razıyıq. Hər kəsə minnətdaram. Pilotlara isə uğurlar arzulayıram".
Qeyd edək ki, "Formula-1" Azərbaycan Qran-prisinə bu gün yekun vurulacaq.
"Formula-1 Baku (2024)" teqi üzrə xəbərlər
- "Formula-1"ə ayrılan pulları mənimsəyən Çingiz Mehdiyevə hökm oxundu
- Qalmaqallı "Formula-1" cinayət işinə görə 10 il HƏBS TƏLƏBİ
- Bəhreyn Krallığının vəliəhdi və baş naziri Leyla Əliyevanı qəbul edib
- "Formula-1"in 75 illiyi ilə bağlı möhtəşəm tədbirin VAXTI AÇIQLANDI
- CFI şirkətindən misli görünməyən rekord: Ticarət həcmi 1.12 trilyon dolları ötdü