"Qəbələ" futbol komandasının məşqçilər korpusuna iki yeni mütəxəssis cəlb olunub.
Oxu.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Bildirilib ki, baş məşqçi Jeton Bekiriyə Burhan Emurlai və məşqçi-analitik Arvid Bregasi kömək edəcəklər.
Qeyd edək ki, Amil Ağacanov (qapıçılar üzrə məşqçi), Miloş Yevtiç (fiziki hazırlıq üzrə məşqçi) və Manaf Kələntərli (məşqçi-analitik) müvafiq korpusda fəaliyyətlərini davam etdirəcəklər.

Qaynar xətt:
(055) 224 12 12