Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Qəbələ - Xankəndi Ultramarafonu" başlayıb
"Qəbələ - Xankəndi Ultramarafonu"na start verilib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, marafondan öncə Qəbələ şəhərində tədbir keçirilib.
Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə bildirilib ki, ümummilli lider Heydər Əliyev tərəfindən başlanılan gənclər strategiyası bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qəbələnin bu gün beynəlxalq miqyaslı tədbirlərə - dövlət başçılarının iştirakı ilə keçirilən zirvə toplantılarına, görüşlərə, sammit və forumlara, beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, Qəbələ həm də 2025-ci ildə MDB-nin "Gənclər Paytaxtı" seçilib.
Qəbələ şəhər Mədəniyyət Mərkəzinin qarşısından start götürən "Qəbələ - Xankəndi Ultramarafonu" 192 km məsafəni əhatə edir.
Dörd mərhələdən ibarət olan marafonun birinci mərhələsi Qəbələ-Ağdaş, ikinci mərhələsi Ağdaş-Bərdə, üçüncü mərhələsi Bərdə-Ağdam və sonuncu, dördüncü mərhələsi isə Ağdam-Xankəndi marşrutu olacaq.
Qəbələ-Xankəndi marafonunda 6 ölkədən - Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Moldova və Ukraynadan 100-ə yaxın qaçışçı iştirak edir.
Qeyd edək ki, "Qəbələ - Xankəndi Ultramarafonu" aprelin 13-də Xankəndi şəhərində sona çatacaq.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- "Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinin sayı açıqlandı
- Leyla Əliyevanın təşəbbüsü ilə regionlarda yaşayan uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub
- Hacı İntiqam ulu öndərə verdiyi hədiyyədən danışdı
- Xalq artisti Mərahim Fərzəlibəyov: "Heydər Əliyev sənətdə bizə həmişə dayaq olub"
- Aqil Abbas: "Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan olmayacaqdı"