Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qurban Qurbanov: "Futbolçulara deyəcək söz yoxdur, sonadək mübarizə apardılar"
"Məğlub olsaq da, sonadək dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm".
Oxu.Az xəbər verir ki, bunu Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində oynanılan "Qarabağ" - "Dinamo" (Zaqreb, Xorvatiya) cavab matçından sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
"Əfsuslar olsun ki, məğlub olduq. Futbolçular çox əziyyət çəkdilər. Sonadək bizi dəstəklədikləri üçün azarkeşlərimizə təşəkkür edirəm. Qol epizodlarımız oldu. Daha çox meydanın rəqibə aid hissəsində oyunumuzu diqtə etmək istəyirdik. Müdafiəyəmeyilli komanda bu epizodlardan qalib ayrılıb. Çatışmazlıqlar var və bunlara diqqət ayırmalıyıq. Bəzi epizodlarda rəqibin ustalığını nəzərə almaq lazımdır. İstənilən halda, iki oyunda beş qol buraxmışıqsa, nəyisə izah etmək düzgün çıxmaz".
Təcrübəli çalışdırıcı İngiltərəli hakim Maykl Oliverin idarəçiliyi barədə də fikir bildirib.
"Belə səviyyəli hakimin idarəçiliyi haqqında nəsə demək etik olmaz. Amma iki epizodda yanlış qərar verdiyini düşünürəm. İstər penalti epizodu, istərsə də sondakı ikinci sarı vərəqədən qırmızı vərəqəni verməsi. Hər halda, Maykl Oliver kimi məşhur hakimin Bakıda oyun idarə etməsi gözəldir".
Anar Həsənov
Rəylər