Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qurban Qurbanov "Qarabağ"ın ÇL-dakı rəqibindən danışdı: Ən çətini düşdü
“5 potensial rəqibdən ən çətini düşdü. "Samtredia" bizi daha yaxşı tanıyır. Ötən mövsüm rəqibin “Qəbələ”ylə cavab matçında göstərdiyi futbolu gördük. Xarakterli komandadır".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
Püşklə bağlı klubun rəsmi saytına danışan Qurbanov Gürcüstanda çempionatın davam etməsini rəqib üçün üstünlük sayır: “Ötən mövsüm rəqibin “Qəbələ”ylə cavab matçında göstərdiyi futbolu gördük. Xarakterli komandadır. Hazırda onlarda çempionat davam edir, bu da rəqibin üstünlüyüdür. Biz isə hələlik tam heyətlə yığışa bilməmişik. Milli komandalarda olan futbolçular iyunun 20-dən sonra təlim-məşq toplanışına qoşulacaq. Çalışacağıq ki, ən qısa zamanda toplanaraq çatışmazlıqlarımızı aradan qaldıraq və oyuna qədər tam hazır vəziyyətə gələk”.
Qeyd edək ki, II təsnifat mərhələsinin ilk qarşılaşmaları iyulun 11-12-də, cavab matçları isə 18-19-da oynanılacaq.
E.Ə.
www.oxu.az
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Rafinyanın müqaviləsinə xitam verildi
- Çempionlar Liqasının 2027-ci il final oyunu nə səbəbdən Bakıda keçirilməyəcək?
- 2027-ci ildə Çempionlar Liqasının finalı Bakıda oynanılmayacaq
- Kadi Borges: "Ferentsvaroş"da hər şey mənim üçün yaxşı idi"
- UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli oldu