Aparıcı Günel Hümbətova həyat yoldaşı Firuz Soliyev və qızı ilə birlikdə Bodruma istirahətə yollanıb.
Oxu.Az xəbər verir ki, o, sosial şəbəkədə yeni fotoşəkillər paylaşaraq “Josy hiperaktiv uşaqdır. Nə məsləhət görürsünüz? Dayəsiz gəlməyimizə görə peşman oldum. Josy ilə ancaq o bacarır”, - şərhini yazıb.G.Hümbətova və F.Soliyev 2015-ci ildə Las-Veqasda ailə qurub. Aparıcı Azərbaycanda, həyat yoldaşı isə ABŞ-da yaşayır. Günel Hümbətovanın sözlərinə görə, uzaq məsafə onların evliliynə mənfi təsir etmir, vaxt tapdıqca görüşməyə can atırlar.
Hazırda G.Hümbətova aparıcı kimi çalışmır, ailəsinə, istirahətə və yeni hazırladığı geyim kolleksiyasına vaxt ayırdığını deyir.
A.S.
www.oxu.az