Avropa Liqasının "play-off" mərhələsinin cavab matçı çərçivəsində keçirilən “Fənərbaxça” – “Vardar” matçını izləyənlər arasında Ramil Quliyev də olub.
Oxu.az yenicag.az-a istinadən xəbər verir ki, Türkiyə millisinin və “Fənərbaxça”nın azərbaycanlı atleti qarşılaşmanın start fitindən öncə “Şükrü Saracoğlu” stadionuna gəlib.
Bu zaman yerli azarkeşlər atletika üzrə dünya çempionunu coşqu ilə qarşılayıblar.