“Real”ın sabiq hücumçusu Raul Qonsales komandaya qayıdacaq.
Oxu.Az championat-a istinadən xəbər verir ki, ispaniyalı Madrid klubunun baş direktorunun müavini olacaq.
Raul klubun direktorları və birinci komanda ilə əlaqələndirici olacaq. Rəsmi olaraq forvard səlahiyyətlərinin icrasına iyulun 3-dən başlayacaq və “Real”ın baş direktoru Xose Anhel Sançesə tabe olacaq.
Raul Qonsales “Kral klubu” üçün 1994-cü ildən 2010-cu ilə qədər oynayıb. “Real”ın tərkibində o altı dəfə Premyer liqanın, dörd dəfə İspaniya Superkubokunun, üç dəfə Çempionlar liqasının, iki dəfə Qitələrarası kubokun və bir dəfə UEFA Superkubokunun qızıl mükafatını qazanıb.
E.Ə.
www.oxu.az