Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Raul sabiq komandasının baş məşqçisi ola bilər - Dəvət göndərilib
Almaniyanın "Şalke" klubu sabiq hücumçusu Raul Qonzalesi baş məşqçi kimi dəvət edib.
Oxu.Az "Bild"ə istinadən xəbər verir ki, ötən ilin sonunda klub idman direktoru Mark Vilmots, baş məşqçi Karel Gerarts və köməkçisi Tim Smuldersi istefaya göndərib.
Hazırda Almaniya təmsilçisinə Kis van Vonderen rəhbərlik edir.
Qeyd edək ki, qışda "şaxtaçılar" Raula dəvət göndərsə də, o, "Kastilya"da qalmağa üstünlük vermişdi.
Raulun hazırkı komandası ilə müqaviləsi yaya qədər qüvvədədir və o, böyük ehtimalla mövsümün sonuna yaxın İspaniyadan ayrılaraq "Şalke"yə keçəcək.
Xatırladaq ki, "Real Madrid"in əfsanəsi 2010-2012-ci illərdə "Şalke"nin formasını geyinib.