Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Real Madrid"in prezidenti Mbappenin oyun səviyyəsindən narazıdır
"Real Madrid"in prezidenti Florentino Peres hücumçu Kilian Mbappenin klubdakı çıxışlarından narazıdır.
Oxu.Az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Real" onun yeni Kriştianu Ronaldu olacağını gözləsə də, fransalı futbolçunun meydanda liderlik keyfiyyətləri nümayiş etdirməməsi "Kral klubu"nun rəhbərinin xoşuna gəlmir.
Qeyd olunur ki, Peres "Real"ın baş məşqçisi Karlo Ançelotti ilə söhbətlərindən birində Mbappenin özünə bənzəmədiyini dediyi vurğulanır.
Xatırladaq ki, fransız hücumçu ötən yay azad agent kimi "Real Madrid"ə keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 16 oyun keçirib, səkkiz qol vurub və iki məhsuldar ötürmə edib.
"Real Madrid FK" teqi üzrə xəbərlər
- Tibo Kurtuanın qeyri-qanuni oğlu küçəyə atıla bilər
- UEFA Çempionlar Liqası tarixinin ən yaxşı qapıçısı kimdir?
- "Real Madrid"in Kilian Mbappeyə ödədiyi məbləğ bəlli olub
- İspaniya La Liqası: "Real Madrid" lider "Barselona" ilə xalları bərabərləşdirdi
- Karlo Ançelotti "Real Madrid"dəki gələcəyi ilə bağlı yekun qərarını açıqladı