İspaniyanın "Real" klubunun hücumçusu Kriştianu Ronaldu komanda ilə müqaviləsini 2021-ci ilədək uzadıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat verib.
“Müqavilənin uzadılmasına həsr olunan rəsmi tədbir noyabrın 7-də baş tutacaq”, məlumatda qeyd edilib.
Müqavilənin detalları açıqlanmır. Qeyd edək ki, hazırda portuqaliyalının həftəlik qazancı 410 min avro təşkil edir.