Çexiya milli komandasının baş məşqçisi Miroslav Koubek futbol üzrə dünya çempionatı tarixində komandasını matça çıxaran ən yaşlı mütəxəssis olaraq adını tarixə yazdırıb.
Oxu.Az-ın məlumatına görə, DÇ-2026 çərçivəsində Koreyaya qarşı keçirilən oyun zamanı onun 74 yaşı və 283 günü tamam olub. Bununla da, o, iyunun 11-i Cənubi Afrika Respublikası (CAR) yığmasının baş məşqçisi statusunda 74 yaş 62 günlüyündə komandasını Meksika ilə oyuna çıxaran Hüqo Bossun rekordunu geridə qoyub.
Lakin DÇ-2026-dakı bu tarixi göstərici uzun müddət qüvvədə qalmaya bilər. Belə ki, hazırda 78 yaşında Kürasao millisini çalışdıran Dik Advokatın həmin rekordu yeniləmək şansı var.
Qeyd edək ki, DÇ-2026-nın açılış matçında CAR komandasına 2:0 hesabı ilə qalib gələn meksikalılar aktivlərinə 3 xal yazdırıblar. Qrupun digər matçında isə Cənubi Koreya Çexiya millisini 2:1 hesabı ilə məğlub edib.
Cənubi Afrika Respublikası (CAR) yığmasının baş məşqçisi Uqo Broos futbol üzrə dünya çempionatları tarixində komandasını oyuna çıxaran ən yaşlı mütəxəssis olub.
Oxu.Az bu barədə RBC-yə istinadən xəbər verir.
Turnirin açılış qarşılaşmasında CAR yığması Mexikodakı "Asteka" stadionunda Meksika millisi ilə üz-üzə gəlib.
74 yaş 62 günlük olan Broos DÇ-2010-da Argentina ilə oyunda Yunanıstan yığmasına 71 yaş 317 günlüyündə rəhbərlik etmiş almaniyalı Otto Rehagelin rekordunu geridə qoyub.
Lakin bu rekordun uzunömürlü olmayacağı gözlənilir. Belə ki, artıq iyunun 12-də Çexiya yığmasını Cənubi Koreyaya qarşı oyuna Broosdan yeddi ay böyük olan Miroslav Koubek çıxaracaq.
İyunun 15-də isə Kürasao yığmasının 78 yaşlı baş məşqçisi Dik Advokat Almaniyaya qarşı oyunda komandasına rəhbərlik etməklə hər iki mütəxəssisi geridə qoyacaq.
Qeyd edək ki, Uqo Broos 2022-ci ildə CAR yığmasının baş məşqçisi təyin olunub.
