İsveçli qarışıq döyüş (MMA) ustası Anton Turkal “Brave Combat Federation” turnirində qazaxıstanlı Konstantin Soldatov üzərində qələbə qazanıb.
Qarşılaşmanın görüntüləri federasiyanın “Twitter” səhifəsində yayımlanıb.
Turkal döyüşün 13-cü saniyəsində rəqibini nokauta salaraq, “Brave Combat Federation” qarşılaşmalarında rekorda imza atıb.
Qeyd edək ki, bu, idmançının karyerası ərzində yeddinci ardıcıl qələbəsi olub. Balkan əsilli 24 yaşlı Anton Turkal peşəkar MMA-da hələ ki məğlubedilməzdir.
The record-breaking moment! The fastest KO in BRAVE CF history!
— BRAVE Combat Federation (@bravemmaf) April 1, 2021
Take a bow, Anton Turkalj!#BRAVECF50 pic.twitter.com/5vfkmigTk4