Futbol üzrə Ekvatorial Qvineya millisinin və İspaniyanın "Andorra" klubunun qapıçısı Xesus Ovono 25 yaşında karyerasını başa vura bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri yazır.
Qeyd olunur ki, futbolçunun bu qərarına səbəb oktyabrın 2-də baş tutmuş "Tenerife" ilə matç zamanı rəqib komandanın hücumçusu Xesus de Migelin onunla toqquşmadan sonra həyatını itirməsi olub.
Hazırda İspaniyanın ikinci divizionundan olan "Andorra" klubunun qapıçısı psixoloji dəstək almaqda. Jurnalistlər qeyd edirlər ki, futbolçunun yaxınları da təzyiqlərlə üzləşirlər, Ovono isə karyerasını başa vurmaq barədə düşünür.