Azərbaycanın paralimpiya yığması “Rio-2016”-da 24 idmançı ilə çıxış edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, ölkəmiz Braziliyadakı yarışa buraxılmayan Rusiya paralimpiyaçılarının kənarda qalması üzündən Azərbaycana verilən lisenziyalardan imtina edib.
Belə ki, İdman Arbitraj Məhkəməsinin (CAS) çıxardığı qərara əsasən, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rusiyalı paralimpiyaçıların lisenziyaları əllərindən alınaraq digər ölkələrə paylanılıb. Ölkəmizə də 3 lisenziyanın təqdim edilməsini Azərbaycan Paralimpiya Komitəsi açıqlasa da, Gənclər və İdman Nazirliyi tərəfindən bir müddət bundan öncə elan olunan qərara əsasən müsbət qarşılanmayıb və lisenziyalar qəbul edilməyib.
Paralimpiya oyunlarının bu gün başlanmasını və Rusiya yığmasının yarışa buraxılmaması qərarının dəyişməz olduğunu nəzər alaraq, Azərbaycan tərəfi rəsmən 3 lisenziyadan imtina edib. Nəticədə paralimpiyaçılarımız özlərinin qazandıqları vəsiqə ilə Paralimpiya Oyunlarına qatılıblar.
Xatırladaq ki, Rio -2016 paralimpiya oyunlarına 24 paralimpiyaçımız , 6 idman növündə ümumilikdə 41 lisenziya qazanıb.
E.Ə.
www.oxu.az