Braziliyada Yay Olimpiya Oyunları davam edir.
Oxu.Az xəbər verir ki, mötəbər yarışın X günündə daha 5 Azərbaycan idmançısı çıxış edəcək.
Yunan-roma güləşciləri Rövşən Bayramov (-59 kq) və Elvin Mürsəliyev (-75kq) yarışlarda debüt edəcəklər.
Velosipedçimiz Olqa İsmayılova isə gücünü sprint növündə sınayacaq.
Bundan əlavə boksçular Lorentso Sotomayor (-64 kq, 1/8) və Teymur Məmmədov (-81 kq, 1/4) növbəti döyüşlərinə çıxacaqlar.