Toğrul Əsgərov Olimpiadanın finalında məğlub olaraq gümüş medal qazanıb.
Güləşçi finalda rusiyalı Soslan Ramonova məğlub olub.
Oxu.Az xəbər verir ki, Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Toğrul Əsgərov 1/2 final görüşünə çıxıb.
65 kq. çəki dərəcəsində çıxış edən olimpiya çempionu üçüncü görüşünü italiyalı Çamizo Markez Franka qarşı keçirib.
Toğrul rəqibini 7:4 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. O, finalda rusiyalı sərbəst güləşçi Soslan Ramonovla qarşılaşacaq.
17:53
Azərbaycanın sərbəst güləşçisi Toğrul Əsgərov Braziliyada keçirilən Olimpiya oyunlarında daha bir qəbələ qazanıb.
Oxu.Az xəbər verir ki, azərbaycanlı atletin rəqibi İtaliyalı Frank Çamiso olub.
Toğrul Əsgərov rəqibinə qalib gələrək finala yüksəlib.
17:00
Azərbaycanın sərbəst güləşçisi Toğrul Əsgərov Braziliyada keçirilən Olimpiya oyunlarında ikinci görüşünə çıxıb.
Oxu.Az xəbər verir ki, azərbaycanlı atletin rəqibi amerikalı Frank Molinaro olub
Toğrul Əsgərov rəqibinə 10-0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
16:07
Olimpiya çempionu Toğrul Əsgərov ilk görüşünə çıxıb.
Oxu.Az xəbər verir ki, onun səkkizdəbir finalda rəqibi ukraynalı Andrey Kvyatkovski olub.
Toğrul Əsgərov rəqibinə 12-2 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.