Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Roma" Paulo Dibalanı rəsmən satışa çıxarıb
"Roma"nın idman direktoru Floran Qisolfi hücumçu Paulo Dibala haqda danışıb.
Oxu.Az xəbər verir ki, funksioner argentinalı oyunçu üçün yaxşı təklif olacağı halda, dəyərləndirəcəklərini deyib:
"Dibalanın necə vacib oyunçu olduğunu bilirik. Lakin konkret və yaxşı təklif olsa, dəyərləndirəcəyik. İndiki məqamda nəsə yoxdur".
Dibalanın adı "Qalatasaray"la hallanır. O, 2022-ci ildən "Roma"da çıxış edir. 31 yaşlı oyunçu 95 matçda 36 qol vurub, 19 məhsuldar ötürmə edib.
"Qalatasaray FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar