Madridin “Real” klubunun hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən bütün oyunlarda qol vuran ilk futbolçu kimi tarixə düşüb.
Oxu.Az-ın xəbərinə görə, Ronaldo bu gün Çempionlar Liqasının altıncı turunda “Santyaqo Bernabeuda” Dortmundun “Borussiya” klubunun qapısına qol vurub.
Bununla da, hücumçu keçirdiyi altı oyunun hamısında fərqlənib. Ümumilikdə Ronaldo bu mövsüm qollarının sayını doqquza çatdırıb.
S.B.
www.oxu.az