Fələstin İsrail ilə danışıqlarda ABŞ-ın vasitəçiliyindən imtina edib.
Oxu.Az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl bəyan edib.
“Bu andan etibarən, biz fələstinlilər olaraq, sülh prosesinin irəliləməsi işində ABŞ-ın vasitəçilik missiyasından imtina edirik. Yeni dövr başlayır, biz ABŞ-ın bu mövqeyini tamamilə rədd edirik və hüquqlarımıza riayət olunmasına nail olmaq niyyətindəyik”, — deyə o bildirib.
Onun sözlərinə görə, Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması məsuliyyətsiz bir addımdır.
S.B.
www.oxu.az