Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan ilə Vyanada görüşü başa çatıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə XİN-in mətbuat katibi Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsi müzakirə olunub.
06.12.2017 21:23
Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşü başlayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə XİN-in mətbuat katibi Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə olunur.
Qeyd edək ki, nazir səfəri çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb və 7-8 dekabr tarixlərində keçiriləcək ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcək.
S.B.
www.oxu.az