“France Football” jurnalı “Qızıl top”a namizədlərin adını açıqlayıb.
İlk beşlikdə “Liverpul”un hücumçusu Sadio Mane, “Mançester Siti”nin forvardı Serxio Aquero, “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq, “Tottenhem”in qapıçısı Uqo Loris və “Ayaks”ın oyunçusu Duşan Tadiç yer alıblar.
İkinci beşliyə isə Kilyan Mbappe (PSJ), Trent Aleksander-Arnold (“Liverpul”), Donne van de Bek (“Ayaks”), Pyer-Emerik Obameyanq (“Arsenal”) və Mark-Andre ter Steqen (“Barselona”) daxildirlər.
Üçüncü beşlikdə isə Kriştianu Ronaldu (“Yuventus”), Alisson (“Liverpul”), Matteys de Liqt (“Yuventus”), Kərim Benzema (“Real Madrid”) və Corcinyo Veynaldum (“Liverpul”) qərarlaşıblar.
Dördüncü beşlik isə bu futbolçulardan ibarətdir: Vircil van Deyk (“Liverpul”), Bernardu Silva (“Mançester Siti”), Son Hin Min (“Tottenhem”), Robert Levandovski (“Bavariya”), Roberto Firmino (“Liverpul”).
Qeyd edək ki, siyahıya yeni adların əlavə olunacağı gözlənilir.
Mükafatın təqdimetmə mərasimi dekabrın 2-də Parisdə Şatle teatrında keçiriləcək.
Rəylər