Portuqaliya millisinin və “Yuventus”un hücumçusu Kriştianu Ronaldu tənqidlərə əhəmiyyət vermədiyini etiraf edib.
Bu barədə “Yahoo Sports” məlumat yayıb.
“Təxribatlara reaksiya vermirəm. Karyeramın gedişində etdiklərim özü hər şeydən xəbər verir. Kiməsə nəyisə sübut etmək mənə gərək deyil. Mən hər şeyi meydanda sübut edirəm”, - K.Ronaldu bildirib.