“Ufa”nın hücumçusu Həmid Ağalarov “Sabah”a keçə bilər.
Məlumata görə, milliyyətcə dargin əsilli olan futbolçu Azərbaycan vətəndaşlığı ala bilər.
Bildirilir ki, “Sabah”ın daha əvvəl “Krasnodar” futbol klubunda çalışmış baş məşqçisi Murad Musayev onun transferində israrlıdır. Premyer Liqadan düşən “Ufa” ilə müqaviləsi davam edərsə, onun icarəyə göndərilməsi də mümkündür.
Qeyd edək ki, ötən mövsüm Ağalarov 30 matçda 19 qol vuraraq Rusiya Premyer Liqasının bombardiri olub. O bunlardan yeddisini penaltidən vurub.
Xatırladaq ki, daha əvvəl “Ufa”nın baş direktoru Şamil Qazizov Həmid Ağalarovun yay transfer pəncərəsində komandadan ayrılacağını bildirib.
Mənbə: eurostavka.ru